İrana qarşı sanksiyalar götürülür

15.06.2026

Icma.az bildirir, Demokrat.az portalına istinadən.

ABŞ və İran arasında imzalanan razılaşmadan sonra 17 ölkə İrana qarşı sanksiyaları ləğv etməyə hazır olduğunu bəyan edib.
Bu barədə məlumat Böyük Britaniya hökumətinin rəsmi saytında yer alıb.
İlkin olaraq birgə bəyanatla Böyük Britaniya, Fransa, Almaniya və İtaliya çıxış ediblər. Qısa müddət sonra bu qərara Yaponiya, Kanada, Avstraliya, Belçika, Bolqarıstan, Kipr,
Dominikan Respublikası, Estoniya, Finlandiya, Yunanıstan, Latviya, Polşa və Portuqaliya da qoşulub.
Avropa ölkələri bildiriblər ki, rəsmi Tehranın öz nüvə proqramı ilə bağlı atacağı aydın və yoxlanıla bilən addımlara cavab olaraq sanksiyaların tamamilə götürülməsi mümkündür.
Regionda hərbi əməliyyatların dayandırılmasından sonra atılan bu addım beynəlxalq iqtisadi əlaqələrin bərpasına xidmət edir.
İsmayıl
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью