Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq. Tramp və onun administrasiyası Çabahar limanının işlədilməsinin qarşısını almağa çalışırA
Liman İranın Hind okeanına çıxışını təmin edir. Beynəlxalq yüklər hər iki istiqamətdə məhz bu liman vasitəsilə daşınmalıdır.
Hindistan ilkin mərhələdə bu limanın yenidən qurulmasına 24 milyon dollar yatırım qoyub.
Limanın yenidən qurulmasının ümumi dəyəri isə 370 milyon dollardır.
Bu barədə “Sherg.az”a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.Politoloqun fikrincə, ABŞ Prezidenti Donald Tramp və onun administrasiyası Çabahar limanının işlədilməsinin qarşısını almağa çalışır: “Trampın fevralın 6-da imzaladığı milli təhlükəsizlik memorandumuna görə, İranın maliyyə imkanları, o cümlədən dünya bazarlarına neft satışı məhdudlaşdırılmalıdır.
Dehli Co Baydenin Prezidentliyi dövründə ABŞ-nin Çabahar limanının işlədilməsi ilə bağlı sanksiya qərarının ləğvinə nail olmuşdu.
Çünki bu liman vasitəsilə Əfqanıstana humanitar yardımlar daşınır və bu, ABŞ-nin də maraqlarına cavab verirdi.
Həmin dövrdə ABŞ silahlı qüvvələri hələ Əfqanıstan ərazisində idi.