Turkstan.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Yanvarın 15-də ABŞ-ın vasitəçiliyi ilə Fələstinin HƏMAS qruplaşması və İsrail arasında atəşkəs razılaşmasının imzalanması bütün dünyada müsbət qarşılandı.
Lakin razılaşmanın elanından bir neçə saat sonra İsrail Silahlı Qüvvələrinin Qəzza zolağına hücumu vəziyyəti yenidən gərginləşdirdi.
Buna baxmayaraq əsir və girovların dəyişməsini nəzarət tutan 42 günlük razılaşma HƏMAS rəhbərliyi və Təl-Əviv tərəfindən təsdiqlənib.
İsrailin yeni hücumlar həyata keçirməsi isə əldə olunan atəşkəsin pozulmasına təhdid kimi dəyərləndirilir.
Tərəflər 42 günlük razılaşmaya riayət edəcəklər? Qısamüddətli atəşkəsin sülhlə nəticələnmə ehtimalı varmı?
Globalinfo.az-a danışan analitik Aqşin Kərimov deyib ki, İsraillə HƏMAS arasındakı atəşkəs həm israillilər, həm də fələstinlilər üçün uzun və ağrılı fəsli bitirmək ümidləri yaradır: “Lakin yenə də, müharibə və ya döyüşlərin bərpasını tələb edən dönüş nöqtələrinin yaranması mümkündür.
Bu, texniki baxımdan İsrail və ya HƏMAS-ın atəşkəs sazişinin tələblərini pozmaq proqnozları ilə izah edilə bilər.