İrana qarşı yeni hücumlar ola bilər? | Icma.az
Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Qərb mətbuatı yenidən İrana məxsus nüvə obyektlərinin görüntülərini yayımlayıb.
Bu dəfə Tehranın gizli saxladığı Semnandakı nüvə obyektlərinin aydın peyk şəkilləri paylaşılıb.
Qeyd edilib ki, İranın hələ bəyan etmədiyi Semnan nüvə obyekti Fordo və Natanz obyektlərindən daha böyükdür.
"Rəngin kaman" (Göy qurşağı) kod adlı və 2500 hektar ərazini əhatə edən bu nüvə obyektində qeyri-dinc məqsədli nüvə fəaliyyətləri həyata keçirdiyi bildirilir.
Burada tritium istehsal edildiyinə görə mərkəzin tamamilə nüvə silahı istehsalı üçün fəaliyyət göstərdiyi məlum olub.
Bəs bu təbliğatın mənası nədir? İrana qarşı yeni hücum üçün zəmin formalaşır, yoxsa artıq buna qərar verilib?
Mövzu ilə bağlı Oxu.Az-a danışan politoloq Kazım Kazımov bildirib ki, Amerika Birləşmiş Ştatlarının daha əvvəllər də əlində nüvə obyektləri ilə bağlı müəyyən materiallar var idi və onları da zamanı gəlincə paylaşıb: "Bu paylaşımların əsas səbəbi İrana müəyyən dərəcədə xəbərdarlıq siqnalıdır ki, yeni hücumlar ola bilər.
Tam oxu
Xəbəri oxu