Azpost portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp zəruri hesab edəcəyi təqdirdə İrana qarşı hərbi zərbələri tərəddüd etmədən bərpa edəcəyini bildirib.
Azpost.info bildirir ki, Tramp Salem News Channel telekanalına müsahibəsində bu barədə danışıb.
“Əgər hər şeyin başqa cür getdiyini görsəydim, bunu edərdim. Bəlkə də elə indi edərdim”, – deyə ABŞ prezidenti bildirib.
O, hazırda vəziyyətin “çox yaxşı” inkişaf etdiyini düşündüyünü qeyd edib.
Bununla belə, Tramp vurğulayıb ki, İranda mövcud hakimiyyət onun prezidentlik müddətinin sonunadək hakimiyyətdə qalarsa, bunu məğlubiyyət hesab edəcək. “Bəli, bu, məğlubiyyət olardı. Şübhəsiz ki”, – deyə o bildirib.
Tehranın ABŞ rəsmilərindən birini öldürəcəyi təqdirdə nə baş verəcəyi ilə bağlı suala isə Tramp belə cavab verib: “Onlar artıq mövcud olmayacaqlar”.
Xatırladaq ki, bundan əvvəl ABŞ-nin maliyyə naziri Skott Bessentin İran tərəfindən gələn təhdidlər səbəbindən Vaşinqtondakı evindən hərbi bazaya köçdüyü barədə məlumat yayılmışdı.
N.Talıblı
Post navigationPrevious: İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti ilə görüşüb