Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.
ABŞ və İsrailin Tehranın şərqində yerləşən İranın Pərdis şəhərinə hava hücumları nəticəsində ən azı altı nəfər həlak olub.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Mehr" xəbər agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, ölənlər arasında üç uşaq da var.
08:48
İran paytaxtının mərkəzi hissəsinə edilən son hücum nəticəsində Tehranda fəaliyyət göstərən sinaqoqlardan birinin binasına ziyan dəyib.
Oxu.Az-ın məlumatına görə, bu barədə "Mehr" agentliyi xəbər yayıb.
Məlumata əsasən, Tehranın mərkəzində yerləşən sinaqoq binası ciddi şəkildə zədələnib, tikilinin bəzi hissələri dağılıb. Qeyd olunur ki, ABŞ və İsrail qüvvələri tərəfindən paytaxtın atəşə tutulması zamanı mərmi sinaqoqun tam yaxınlığında partlayıb.
Yerli kütləvi informasiya vasitələri İsrailin Tehrandakı Mehrabad beynəlxalq hava limanına da hücum etdiyini bildirirlər. İslam Respublikasının cənubunda yerləşən Şiraz şəhərində də bir sıra güclü partlayışlar qeydə alınıb. Hazırda konkret hansı obyektlərin bombardmana məruz qaldığı barədə dəqiq məlumat yoxdur.