Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
ABŞ administrasiyası İranla danışıqlarda hər hansı vaxt çərçivəsi müəyyən etməyib.
Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın vitse-prezidenti Ceyms Di Vens Vaşinqton yaxınlığındakı Endryus hərbi bazasında jurnalistlərlə görüşündə deyib.
"Biz müddət təyin etməmişik. Biz nə istədiyimizi açıq şəkildə bildirmişik və bu, onların nüvə proqramının məhv edilməsidir. Biz onların bunu bərpa etməmələrinə və ya bərpa etməyə çalışmamalarına əmin olmaq istəyirik. Bu, ABŞ-ın ən böyük narahatlığıdır", - Vens bildirib.