Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ prezidenti Donald Tramp bildirib ki, ölkəsi İrana Venesueləyə göndərilən ordudan daha böyük qüvvələr göndərib.
Globalinfo.az-ın xəbərinə görə, Tramp una baxmayaraq Tehrana qarşı razılaşma əldə etməyi ümid bəslədiyini deyib.
Eyni zamanda hadisələrin başqa cür inkişafına da hazır olduğunu açıqlayıb.
“Bizdə böyük bir donanma var və o, hazırda İrana yönəlib. Hətta Venesueləyə göndərilən qüvvələrdən də böyükdür”, — deyə Tramp bildirib.
O əlavə edib ki, İrana daha çox gəmilər göndərilir.
“Ümid edirik ki, razılaşma əldə olunacaq. Əgər razılaşma olsa, bu, yaxşıdır. Əgər alınmasa, o zaman nə baş verdiyini görəcəyik”, – Tramp vurğulayıb.
Əliyar Xəlil