“İrana zərbələr bu həftə endirilə bilər”

27.01.2026

Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

ABŞ İranda etirazçıların ölümünə görə məsuliyyət daşıdığını hesab etdiyi rəsmilərə və hərbi komandirlərə dəqiq zərbələr endirmək imkanını nəzərdən keçirir”

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Middle East Eye” nəşri müzakirələrin gedişatı ilə tanış olan mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, söhbət “xüsusi əhəmiyyətli” şəxslərdən gedir. Mümkün zərbələrin artıq bu həftə ərzində endirilə biləcəyi bildirilsə də, dəqiq tarix açıqlanmayıb.

Daha əvvəl ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “Abraham Linkoln” təyyarədaşıyan gəmisinin hazırda Oman sahilləri yaxınlığında mövqe tutduğu barədə xəbərlər yayılıb. ABŞ Prezidenti Donald Tramp da İranın yaxınlığında böyük armadanın olduğunu təsdiqləyib

Xatırladaq ki, dekabrın 28-də İranda milli valyutanın devalvasiyası ilə başlayan etiraz dalğası ötən həftələrdə daha da şiddətlənmişdi. Ölkə rəsmiləri bir neçə gün əvvəl aksiyalara tamamilə son qoyulduğunu açıqlayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью