Mia.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
ABŞ və İsrail qüvvələri bu gün İranın Zəncan əyalətindəki tarixi bir məscidə zərbə endirib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İranın rəsmi xəbər agentliyi IRNA-nın məlumat yayıb.
Bildiirlib ki, Zəncan Əzəm məscidinə endirilən zərbədə üç nəfərin həlak olub: “19-cu əsrdə inşası başa çatan tarixi məscidin əsas həyətinin yanında mərasim zalı və kitabxananın yerləşdiyi bina dağılıb. Məscidin minarələrinə də ciddi ziyan dəyib”.
Tahir Şəlvəli
MİA.AZ