İranda 1979 cu ildən bəri ilk dəfə: iki nazir barədə qərar

05.03.2025

Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.

İranın keçmiş iki naziri 3 milyard dollardan çox dövlət vəsaitinin sui-istifadəsi ilə bağlı korrupsiya işində təqsirli bilinərək həbs cəzasına məhkum ediliblər.

Axar.az “Mehr” agentliyinə istinadən xəbər verir ki, bu barədə Tehran İslam İnqilab Məhkəməsinin Birinci Şöbəsi qərar qəbul edib.

Qərara görə, keçmiş kənd təsərrüfatı naziri Kazem Sadatinejad və keçmiş ticarət naziri Reza Fatemi Amin 2023-cü ildə çay qaçaqmalçılığı qalmaqalında iştiraklarından dolayı müvafiq olaraq iki il və bir il həbs cəzası alıblar.

İki keçmiş nazirə ilkin olaraq 5 il həbs cəzası verilib, lakin mövcud qanun və qaydalara uyğun olaraq müddətlər azaldılıb.

Qeyd edək ki, bununla İranda 1979-cu ildə baş verən İslam İnqilabından sonra ilk dəfə yüksək rütbəli vəzifəlilər korrupsiyaya görə həbs ediliblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью