İranda 2 güləş medalı

17.05.2025

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

İranın Behşehr şəhərində sərbəst güləş üzrə “Necad Haşimi kuboku” turniri keçirilir. 

Yarışda 20 yaşadək güləşçilərdən ibarət Azərbaycan millisinin pəhləvanları da fərqləniblər. Ənənəvi turnirdə 
2 təmsilçimiz fəxri kürsüyə qalxıb.

Omar Gülməmmədov (74 kq) gümüş, Sədrəddin Həsənov (57 kq) isə bürünc medal qazanıblar.

L.AZAD
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью