İranda 2 milyon litrdən çox qaçaqmal yanacağı daşıyan xarici tanker saxlanılıb

11.08.2025

Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İranın Hormozqan vilayəti sahillərində yanacaq qaçaqmalçılığı ilə məşğul olan xarici tanker ələ keçirilib.

APA İran mediasına istinadən xəbər verir ki, nəticədə tankerdə olan 17 nəfər həbs olunub.

Bildirilib ki, tankerdə 2 milyon litrdən çox qaçaqmal yanacaq olub.

“Pheonix” adlı tankerin hansı ölkəyə məxsus olduğu ilə bağlı məlumat verilməyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью