Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İranın Bampur şəhərində patrul xidməti zamanı təhlükəsizlik qüvvələrinə hücum edilib.
525.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
Qeyd olunub ki, naməlum şəxslər Sistan və Bəlucistan əyalətinin Bampur şəhərində patrul xidməti göstərən təhlükəsizlik qüvvələrinə atəş açıblar.
Atışma nəticəsində iki polis əməkdaşı ölüb, biri yaralanıb.
İran təhlükəsizlik qüvvələri hücum edənləri yaxalamaq üçün bölgədə genişmiqyaslı əməliyyatların başladığını açıqlayıb.
İbrahim Cəfərov