Yenisabah saytına istinadən Icma.az xəbər verir.
İranda yanvar ayında baş verən iğtişaşlar zamanı ictimai binalara hücumlarda iştirak etməkdə, habelə İsrail və ABŞ ilə əməkdaşlıq etməkdə təqsirli bilinən 3 nəfər edam edilib.
"Yeni Sabah" Fars-a istinadla xəbər verir ki, edam edilənlər Həsən Diobənd, Həmid Kazemi və Reza Zəngənedir.
Onlar odlu silah, qumbara və "Molotov kokteyli" istifadə etməkdə, ictimai binalara od vurmaqda və Kərəc şəhərində elektrik yarımstansiyasına zərər vurmaqda ittiham olunublar. Marqarita pizza