İranda 3 SEPAH zabiti öldürüldü

01.04.2026

Bakupost saytına istinadən Icma.az xəbər verir.


Martın 31-də İranın Sistan və Bəlucistan əyalətinin Mircavə şəhərində biri polkovnik olmaqla 3 SEPAH zabiti güllələnərək öldürülüb.

Bakupost.az xəbər verir ki, bu barədə yerli mənbələr məlumat yayıb.

Məlumata görə, polkovnik Məhəmmədrza Rahdar, kapitan Rza Ruzgər və gizir Məhəmmədrza Aram şəhərin SEPAH qərargahının kəşfiyyat bölməsinin binası qarşısında naməlum silahlı şəxslər tərəfindən güllələniblər.

Silahlı şəxslərin hadisə yerindən qaçdığı və hələlik hadisənin məsuliyyətini heç bir qruplaşmanın öz üzərinə götürmədiyi bildirilib.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью