Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İranın şimal-şərqindəki Nişapur şəhərində spirtli içkidən kütləvi zəhərlənmə faktı qeydə alınıb.
Redaktor.az bu barədə "Tasnim" agentliyinə istinadən xəbər verir.
Qeyd olunub ki, evdə hazırlanan spirtli içkini qəbul edən 33 nəfər xəstəxanaya yerləşdirilib, onlardan üçü ölüb.
Spirtli içkilərin hazırlanması və paylanmasında təqsirləndirilən səkkiz nəfər müəyyən edilərək saxlanılıb.