İranda 5 siyasi məhbusa ölüm hökmü oxundu Çağırış

07.06.2026

Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İran Ali Məhkəməsi ölkənin cənub-qərbində yerləşən Əhvaz şəhərindəki Şeyban həbsxanasında saxlanılan beş siyasi məhbus barəsində çıxarılan ölüm hökmlərini qüvvədə saxlayıb.

Axar.az xəbər verir ki, bu barədə “Karun” insan haqları təşkilatı məlumat yayıb.

Məlumata görə, Məsud Camei, Əlirza Mordasi, Fərşad Etimadi-Far, Həsən Musallavi və Rza Abdaliyə ölüm hökmü oxunub.

Qeyd edək ki, “Karun” təşkilatı edamların qarşısının alınması üçün beynəlxalq ictimaiyyəti təcili addımlar atmağa çağırıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью