İranda 5.2 bal gücündə zəlzələ oldu

01.02.2026

Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

Fevralın 1-də İranın Buşehr əyalətinin Əsəluye şəhərində 5.2 bal gücündə zəlzələ baş verib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Eghtesad News” məlumat yayıb. 

Bildirilir ki, səhər saat 08:41-də baş tutan zəlzələnin episentri 18 kilometr dərinlikdə qeydə alınıb.

Hələlik yeraltı təkanlar nəticəsində dağıntıların və ya insan itkisinin olub-olmaması bəlli deyil. 

Safura Bənnayeva
Globalinfo.az 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью