İranda 74 gündür ki, internet YOXDUR

12.05.2026

Icma.az bildirir, Redaktor.az portalına istinadən.

"NetBlocks" açıqlayıb ki, İran 74 gündür qlobal internetdən əsasən kəsilmiş vəziyyətdədir və bu fasilə ümumilikdə 1752 saata çatıb.

Redaktor.az xəbər verir ki, təşkilat bu barədə X sosial şəbəkəsində paylaşım edib və internet məhdudiyyətlərinin 28 fevraldan etibarən başladığını bildirib.

"NetBlocks"un məlumatına görə, bu müddət ərzində ölkədə rəqəmsal məhdudiyyətlər davam edib, halbuki dünyanın digər bölgələrində texnoloji inkişaf sürətlənib.

Qurum əlavə edib ki, İran hakimiyyəti internet məhdudiyyətləri fonunda bəzi texnoloq və fəallara qarşı həbslər və ağır cəzalar tətbiq edib.

Məsələ ilə bağlı Tehran tərəfi isə internet məhdudiyyətlərini əsasən “təhlükəsizlik səbəbləri” ilə izah edir və bunun müvəqqəti xarakter daşıdığını bildirir.

Aminə ŞAHSUVARQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью