525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“İranda ABŞ-ın tətbiq etdiyi blokadanı hərbi güc yolu ilə yarmaq imkanları nəzərdən keçirilir”.
525.az xəbər verir ki, bu barədə Amerikanın Müharibələrin Öyrənilməsi İnstitutu (ISW) məlumat yayıb.
Hesabatda bildirilir ki, ABŞ blokadası fonunda İranın üzləşdiyi iqtisadi problemlər ölkə rəhbərliyini hərbi əməliyyatlar variantını nəzərdən keçirməyə vadar edir.
Qeyd olunur ki, İran zərbələrin dəqiqliyini artırmalı və raketlərin ələ keçirilməsini çətinləşdirməli olan ballistik raketlərin yeni modifikasiyalarını hazırlayır. Söhbət mövcud mühərrik qurğularını və döyüş başlığı texnologiyalarını birləşdirən hibrid raketlərdən gedir. Bu yanaşma sənaye istehsal zəncirlərində ciddi dəyişikliklər etmədən həmin raketlərin istehsalını təşkil etməyə imkan verir.
Pərvanə Sultanova