Bakupost portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İranın Ali Rəhbəri Müctəba Xamenei ABŞ ilə münaqişənin dialoq yolu ilə həll edilməsini tapşırıb.
"Bakupost" “Qafqazinfo”ya istinadla xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian IRNA agentliyinə açıqlamasında bildirib.
Pezeşkian vilayət qubernatorları və böyük şəhərlərin merləri ilə görüşündə qeyd edib ki, ölkə rəhbərliyi yaranmış çətinliklərin və böhranların vətəndaşların dəstəyi və əməkdaşlığı ilə aradan qaldırılmasına çalışır.
“Biz bu problemləri dialoq yolu ilə həll etməyə çalışırıq. Bu məsələdə ali rəhbər də hökumətə müvafiq səlahiyyətlər verib”, – deyə Prezident vurğulayıb.
Qeyd edək ki, bundan əvvəl ABŞ-də yaxın günlərdə İrana nüvə zərbəsi endirilməsinin mümkünlüyü barədə fikirlər səsləndirilib. Jurnalist Taker Karlson mümkün hədəfin Külüng dağı ola biləcəyini bildirib. Onun sözlərinə görə, İsrail kəşfiyyatının məlumatında İranın burada uranın zənginləşdirilməsi proqramını bərpa edə biləcəyi qeyd olunub.