İranda ABŞ la müharibəyə 1 milyon vətəndaş səfərbər edildi

27.03.2026

Icma.az, Azpost portalına istinadən məlumat yayır.

ABŞ ilə mümkün quru qarşıdurması ehtimalı ilə bir milyondan çox İran vətəndaşı səfərbər edilib.

Bu barədə İranın Mehr xəbər agentliyi mənbəyə istinadən məlumat yayıb.

Mənbənin məlumatına görə, səfərbərlik mümkün ABŞ qoşun əməliyyatına hazırlıq məqsədilə həyata keçirilib.

“The Wall Street Journal” qəzetinin jurnalisti Aleks Uord əvvəllər ABŞ konqresmenlərinə istinadən iddia etmişdi ki, İrana qarşı quru əməliyyatı planlaşdırıla və yaxın gələcəkdə başlaya bilər.

AzPost.az

Paylaş

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью