İranda ABŞ zərbələrinin hakimiyyət dəyişikliyinə yol aça biləcəyi istisna edilmir

03.02.2026

Xalqcebhesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İranın hazırkı rəhbərliyi getdikcə daha çox ehtiyat edir ki, ABŞ-ın respublikaya mümkün zərbəsi etirazların yenidən alovlanmasına və nəticədə hakimiyyətin devrilməsinə səbəb ola bilər.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi hazırkı və keçmiş iranlı rəsmilərə istinadən məlumat yayıb.

Məlumata görə, ali dini lider Əli Xameneiyə bildirilib ki, yanvar etirazlarının amansız şəkildə yatırılmasına görə iranlı vətəndaşların narazılığı elə bir həddə çatıb ki, qorxu artıq insanlar üçün çəkindirici amil deyil. Agentliyin həmsöhbətlərinin sözlərinə görə, İran hakimiyyəti belə qənaətə gəlib ki, ABŞ hərbçilərinin zərbəsi kimi xarici təzyiq etirazçılara daha çox cəsarət verə bilər.

Keçmiş yüksək vəzifəli məmur Reuters-ə bildirib ki, İranda insanlar son dərəcə qəzəblidir və “qorxu divarı artıq dağılıb”.

Məryəm Quliyeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью