“İranda ailə qalmaqalı siyasi böhranı alovlandırdı: hakimiyyət həm daxili, həm də xarici d…
Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Şamxaninin qızının "qərb üslubunda" toyu, iqtisadi böhran və 80 min "əxlaq keşikçisi"nin səfərbərliyi fonunda Tehran rejimi sarsıntı içindədir..." İranda böyük rezonans doğuran video sosial şəbəkələri bürüyüb: Əli Xameneinin yaxın çevrəsinə aid olan keçmiş milli təhlükəsizlik katibi Əli Şamxani qızını dekolteli gəlinlikdə mərasimə aparır.
Moderator.az xəbər verir ki, bu barədə "israelinfo.co" nəşri yayıb.
Şamxani ailəsinin toyu və rejimdəki parçalanma Kadrlarda hicabsız qadınlar, "qərb tərzində" musiqi və lüks zal görünür.
Toyun 2024-cü ilin mayında Tehrandakı bahalı "Espinas Persian Gulf" otelində keçirildiyi məlum olub.
Sosial mediada və mətbuatda bu görüntülər qəzəb doğurub -xalq iqtisadi sanksiyalar altında yaşadığı halda, rejim elitasının belə dəbdəbəli mərasimlər keçirməsi "ikiüzlülük" kimi qiymətləndirilib.
Mühafizəkar "Kayhan" qəzeti və "Mashregh News" kimi nəşrlər isə videonun yayılmasında İsraili və islahatçılara yaxın qüvvələri günahlandırıblar.
Bəzi siyasətçilər iddia edir ki, bu "sızma" daxildəki siyasi qisasın nəticəsidir: Şamxani vaxtilə Həsən Ruhanini İranın Ukrayna təyyarəsinin vurulması hadisəsini gizlətməkdə ittiham edib.
Tam oxu
Xəbəri oxu