Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İran XİN-in sözçüsü İsmayıl Bəqai iğtişaşlar zamanı 30 min nəfərin öldüyü ilə bağlı iddialarını təkzib edib.
Axar.az xəbər verir ki, o, bu barədə X sosial şəbəkəsində yazıb.
Bəqai bu məlumatları “Hitler üslubunda böyük yalan” adlandırıb və iğtişaşlar nəticəsində ölənlərin sayının 3117 nəfər olduğunu bir daha vurğulayıb.
Qeyd edək ki, İran İnsan Haqları Təşkilatı ölənlərin sayının 22 mini keçə biləcəyini açıqlayıb.