İranda aksiyalar zamanı həbs edilmiş on nəfərin edam hökmü icra olunacaq AzPolitika onlayn siyasiictimai qəzet

20.12.2024

Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İranda 2022-ci ildə başlamış etiraz aksiyaları zamanı həbs edilən on nəfərin edam hökmü icra olunacaq.

“Report” xəbər verir ki, məlumatı hüquq müdafiəçiləri təşkilatı yayıb.

Bildirilib ki, barələrində edam hökmü çıxarılmış məhbuslar bunlardır: Fazel Bəhramian, Mənuçehr Mehmannavaz, Mehran Bəhramian, Milad Armon, Əlirza Kafai, Əmirməhəmməd Xoşiqbal, Nəvid Nacaran, Hüseyn Neməti, Əlirza Baçarzpurnak və Mehrab (Mehran) Abdullahzadə.

Qeyd edək ki, 2022-ci ilin sentyabrında İranda hakimiyyətin tətbiq etdiyi məcburi hicab qaydalarına etiraz aksiyaları başlayıb. “Qadın, Həyat, Azadlıq!” şüarı ilə bir ildən artıq aksiya keçirilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью