İranda aksiyalarda saxlanılanlar əfv ediləcək?

09.02.2026

Icma.az xəbər verir, Unikal.az saytına əsaslanaraq.

Etirazlarda saxlanılan iranlılar əfv edilməyəcək. 

"Unikal" xəbər verir ki, bunu İranın məhkəmə hakimiyyətinin rəhbəri Qulamhüseyn Möhsəni-Ejei bildirib.

O, saxlanılan etirazçıların 1979-cu il İslam İnqilabının ildönümü münasibətilə keçirilən illik əfv proqramlarına daxil edilməyəcəyini açıqlayıb. 

"Təhlükəsizlik məsələləri ilə bağlı hər hansı bir şəkildə bütün məhbusların adlarının əfv siyahısından çıxarılması barədə əmr verdim", - deyə Möhsəni-Ejei bildirib.

O əlavə edib ki, son etirazlarla əlaqəli təqsirləndirilən şəxslər və məhkumlar da 11 fevrala planlaşdırılan əfvlərə daxil edilməyəcəklər.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью