İranda ardarda iki zəlzələ baş verib

14.11.2024

Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İranda ard-arda iki zəlzələ baş verib.

"Azad İran" "Telegram" kanalının məlumatına görə, bu barədə İran Milli Seysmoloji Mərkəzindən bildirilib.

Bildirilir ki, İranın Sistan və Bəlucistan əyalətinin Nüsrətabad bölgəsində 4,2 bal gücündə zəlzələ olub. Bundan təxminən yarım saat sonra Xorasan-e Rəzəvi əyalətinin Kaşmər şəhərində 4,3 bal gücündə zəlzələ qeydə alınıb.

Hələlik zəlzələ nəticəsində dağıntıların və ya xəsarət alanların olub-olmadığı bəlli deyil.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью