İranda ardarda zəlzələ baş verib

14.11.2024

Icma.az, Gununsesi portalına istinadən məlumat verir.

İranda ard-arda iki zəlzələ baş verib

Gununsesi.info xəbər verir ki, bu barədə İran Milli Seysmoloji Mərkəzi məlumat yayıb.

Bildirilib ki, İranın Sistan və Bəlucistan əyalətinin Nüsrətabad bölgəsində 4,2 bal gücündə zəlzələ olub. Bundan təxminən yarım saat sonra Xorasan-e Rəzəvi əyalətinin Kaşmər şəhərində 4,3 bal gücündə zəlzələ qeydə alınıb.

Dağıntı və tələfat barədə məlumat verilməyib.

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью