İranda ardıcıl partlayışlar SEPAH generalı öldürülüb KİV VİDEO

31.01.2026

Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Yanvarın 31-də İranın Bəndər Abbas, Əhvaz, Qəsri-Şirin və Abadan şəhərlərində ən azı dörd böyük partlayış baş verib.
Ölkə.az xəbər verir ki, bu barədə hərbi müxbir Oleq Bloxinin Telegram kanalı məlumat yayıb.
Onun sözlərinə görə, adı çəkilən bütün şəhərlər ya strateji obyektlərdir, ya dəniz bazaları var, ya da İraqla sərhəddə yerləşir.
Bugünkü partlayışın gücü və dəyən ziyanın miqyası aydın görünür.
Hadisənin baş vermə səbəbləri ilə bağlı araşdırma başlanılıb və bundan sonra ölənlərin sayı açıqlanacaq. 
Bəndər Abbasda zədələnmiş binanın bütün sakinləri təxliyə olunur.
Həmçinin, Bloxinin sözlərinə görə, Parand şəhərində partlayış baş verdiyi barədə məlumatlar var.
Bəndər Abbasda SEPAH-ın komandirinin öldürülməsi ilə bağlı təsdiqlənməmiş məlumatlar var. 
Ölkə.az  “Tasnim”ə istinadən xəbər verir ki, İran Hərbi Dəniz Qüvvələrinin komandanı general Tənqsirinin ölümü ilə bağlı internetdə yayılan şayiələr həqiqətə uyğun deyil.
İran mediasının məlumatına görə, bu şayiələr Telegram platformasında yayılıb.
“Sepah News”-un general Tangsirinin sui-qəsdi ilə bağlı yalan şayiənin mənşəyi ilə bağlı hesabatında məlumatın İsrail mənbəyindən alındığı bildirilir.
Mürtəza
 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью