Icma.az, Azxeber.com portalına istinadən məlumat yayır.
İranın İlam vilayətinin Dəşt-Abbas-Mormuri Abbas avtomobil yolunda sərnişin avtobusu aşıb, ölən və yaralananlar var.
AZXEBER.COM xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hüseyn Kermanpur "X" sosial şəbəkəsində bildirib.
İlkin məlumata görə, qəza nəticəsində 11 nəfər həyatını itirib, 19 nəfər yaralanıb və xəstəxanaya yerləşdirilib.
Hadisə ilə bağlı yayılan açıqlamada yol-nəqliyyat hadisələrinin qarşısının alınmasının hər kəsin məsuliyyəti olduğu vurğulanıb. Bildirilib ki, sürücülərin avtomobili hər zaman düzgün idarə etdiklərini düşünmələri də yol təhlükəsizliyi baxımından ciddi problemdir.