İranda avtobus dərəyə aşdı: 10 hərbçi öldü

21.12.2024

Icma.az, Bakupost saytına istinadən bildirir.


İranın Loristan əyalətinin Əndimeşk-Poldoxtar yolunda avtobus qəzası nəticəsində 10 nəfər ölüb, 17 nəfər yaralanıb.

Bakupost.az xəbər verir ki, bu barədə İranın "Tasnim News" agentliyi məlumat yayıb.

Məlumata görə, Palaam rayonunda sərnişin avtobusu dərəyə düşüb.

“Qəzaya düşən avtobusda olan bütün sərnişinlər Xuzistandan Kirmanşah qarnizonuna köçürülən hərbçilərdir”, - regional Fövqəladə Hallar İdarəsinin baş direktoru bildirib.

Onun sözlərinə görə, yaralanan 17 nəfər xəstəxanalara yerləşdirilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin detallarını müəyyənləşdirirlər.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью