İranda avtobus qəzası: Azı 16 yaralı

02.01.2025

Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İranın Cənubi Xorasan vilayətində avtobus qəzası baş verib.

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə Qızıl Aypara Cəmiyyəti məlumat yayıb.

İlkin məlumatlara görə, azı 16 nəfər yaralanıb.

Qeyd edilir ki, hadisə Bircənd-Nəhbəndan yolunun 10-cu kilometrində qeydə alınıb. Qəzaya səbəb kimi güclü qar yağması, əlverişsiz hava şəraiti göstərilib.

"Xilasedicilər yaralıları ilk yardımı göstərdikdən sonra yaxınlıqdakı xəstəxanalara çatdırıblar", - deyə xəbərdə vurğulanıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью