İranda azərbaycanlı rəssam təqiblə üzləşir

29.05.2025

Icma.az, Oxu.az saytına istinadən bildirir.

Güney azərbaycanlı rəssam İranda təqiblə üzləşib.

Oxu.Az "Azad İran"a istinadən xəbər verir ki, Təbrizin ETTELAAT (Təhlükəsizlik) İdarəsinin məmurları güneyli incəsənət xadimi Fatimə Dadaşzadənin atasının evində axtarış aparıb və onun şəxsi əşyalarını, o cümlədən mobil telefonunu müsadirə edərək özləri ilə aparıblar.

Qeyd edək ki, güneyli rəssam Fatimə Dadaşzadə əvvəllər də Təhlükəsizlik İdarəsinə çağırılıb. O, keçən il Novruz bayramında böyük yumurtaşəkilli fiqurları türk simvolları və Novruz elementləri ilə rənglədiyinə görə, "separatçılıq" və "ərazi bütövlüyünə qarşı təhdid"də günahlandırılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью