İranda azı 5 etirazçı öldürülüb

02.01.2026

Icma.az, Modern.az saytına istinadən bildirir.

İranda hüquq-mühafizə orqanlarının açdığı atəş nəticəsində ən azı 5 etirazçı öldürülüb.

Modern.az xəbər verir ki, bu barədə Əbdürrəhman Boroumand adına İnsan Hüquqları Mərkəzi öz X hesabında paylaşım edib.

Məlumatda ölənlərin şəxsiyyətlərinin müəyyən edildiyi bildirilib.

Xatırladaq ki, İranda bir neçə gündür milli valyutanın dəyərsizləmşəsi və sosial rifahın düşməsinə qarşı aksiyalar keçirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью