İranda baş verən zəlzələ Ordubadda hiss olunub AZƏRTAC

26.11.2024

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 26 noyabr, AZƏRTAC

Ordubad stansiyasından 50 kilometr cənub-şərqdə - İran ərazisində zəlzələ qeydə alınıb.

Respublika Seysmoloji Xidmət Mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, yerli vaxtla saat 20:50-də qeydə alınan yeraltı təkanların maqnitudası 4,4-ə bərabər olub.

Ocağı 4 kilometr dərinlikdə yerləşən zəlzələ Ordubad şəhərində 3 bala qədər hiss olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью