İranda bəlkə də həddindən artıq irəli getmişik Tramp

13.10.2026

Icma.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ Prezidenti Donald Tramp İrana qarşı əməliyyat zamanı ölkə rəhbərliyinin öldürülməsindən sonra Vaşinqtonun Tehranda kiminlə danışıqlar aparacağını müəyyənləşdirməkdə çətinlik çəkdiyini bildirib.

Gununsesi.info xəbər verir ki, Tramp bu barədə Ohayo ştatında keçirilən mitinqdə danışıb.

“Onların hətta lideri də yoxdur. Bu, problemdir. Bəlkə də həmin liderlərlə bağlı həddindən artıq irəli getmişik, çünki kiminlə üz-üzə olduğumuzu bilmirik”, – ABŞ Prezidenti deyib.

Trampın sözlərinə görə, münaqişənin əvvəlində İran rəhbərliyinin öldürülməsi hazırda danışıqlar üçün qarşı tərəfin müəyyənləşdirilməsini çətinləşdirib.

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью