İranda bəluc polis qüvvələri tərəfindən öldürüldü

03.06.2025

Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.

Hörmüzqan əyalətinin Sirik şəhərində 32 yaşlı etnik bəluc polis qüvvələrinin birbaşa atəş açması nəticəsində qətlə yetirilib.

Axar.az xəbər verir ki, bu barədə İranda İnsan Haqları Təşkilatı – HENGAW məlumat yayıb.

Məlumata görə, repressiv hökumət qüvvələri günahsız bəlucun evinə basqın etdikdən sonra onu başından vurublar.

Hələlik hadisənin səbəbi ilə bağlı dəqiq açıqlama yoxdur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью