İranda benzin bahalaşacaq

24.08.2026

Gununsesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Benzin kvotasının azaldılması artıq qətidir, bundan sonra kvotadan artıq benzin almaq istəyən şəxslər daha çox pul ödəməli olacaqlar”.

Gununsesi.info xəbər verir ki, bu barədə İran Prezident Administrasiyasının rəhbəri Möhsün Hacı-Mirzəyi bildirib.

PA rəhbəri hələlik yeni qiymətin müəyyən edilmədiyini bildirib.

“Şübhə yoxdur ki, benzin məsələsində müdaxilə etməliyik”, – o əlavə edib.

Hacı-Mirzəyi müharibə nəticəsində İranda benzin istehsalının azalmasına da toxunub: “Müharibə nəticəsində benzin istehsalı azalıbsa, o zaman istehlak da azaldılmalıdır”.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью