İranda böhran daha da dərinləşir | Icma.az
Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır. Tehranda keçirilən Beynəlxalq Bərpa Olunan Enerji Konfransında çıxış edən İran Prezide
"Cebheinfo.az" xəbər verir ki, Pezeşkian ölkədə həddindən artıq enerji istehlakının olduğunu qeyd edib.
O, vətəndaşlardan bu məsələdə dəstək istəyib: "Qiymət trendi belə olmayacaq. Pulsuz elektrik enerjisi verəndə onun dəyəri bilinmir".
Tehrandakı çıxışında bərpaolunan enerji mənbələrinə üstünlük veriləcəyini bildirən Pezeşkian əlavə edib: "Fosil yanacaq (kömür, neft və təbii qaz kimi...) istifadəsini azaltmalı və təmiz enerji mənbələrinə yönəlməliyik".
O, enerji böhranının əsas səbəblərindən birinin də qeyri-rasional istehlak olduğunu vurğulayıb: "Statistikaya əsasən, bir çox Avropa ölkələrindən 6 dəfə daha çox elektrik enerjisi istifadə edirik.
Əgər insanlar bu məsələdə daha dəstəkverici olsalar, vəziyyəti düzəldə bilərik".
Pezeşkian həmçinin, "Əgər inkişaf etmiş bir ölkə olmaq istəyiriksə, mütləq günəş enerjisinə yönəlməliyik", deyib.
Digər tərəfdən, Tehranda su israfı ilə seçilən bəzi dövlət idarələrinin su təchizatının dayandırıldığı barədə məlumat verilib.
Tam oxu
Xəbəri oxu