İranda bu bəhanəylə restoranlar bağlanır

25.02.2025

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İranda İnsan Haqları Təşkilatı xəbər verir ki, dünən Qeşm adasında iki restoran polis qüvvələri tərəfindən qapadılıb. 

Məlumata görə, Qeşm şəhərinin Polis İdarəsinin komandiri Əli Əkbər Muradi bildirib ki, hər iki retoranın bağlanmasına səbəb “İslam qaydalarına riayət edilməməsi” olub. 

İnsan Haqları Təşkilatı qeyd edib ki, uzun müddətdir İranda “İslam qaydalarına riayət edilməməsi” ifadəsi hökumətin repressiyalarına haqq qazandırmaq üçün alətə çevrilib. 

"Cebheinfo.az"

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью