İranda bu post uğrunda mübarizə başladı: Xamenei SEPAHla toqquşur | Icma.az
GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İran Ekspertlər Şurasının üzvü və İsfahanın cümə imamı Əbülhəsən Məhdəvi deyib ki, Ekspertlər Şurasının təşkil etdiyi məxfi komissiya ölkənin ali rəhbəri Əli Xameneidən sonrakı dövr üçün 3 nəfəri araşdırıb, seçib və onların rəhbərlik qabiliyyətlərini təsdiq edib.
O, bunun Əli Xameneinin istəyi və tapşırığı əsasında baş verdiyini bildirib.
Globalinfo.az-a danışan siyasi analitik Aqşin Kərimov deyib ki, İranın daxili siyasi həyatında, İran hərbi-siyasi ruhani müstəvisindəki hərəkətlənmənin intensivləşdiyini demək olar: “Bu hərəkətlənmənin intensivləşməsini İranın xarici siyasətdə üzləşdiyi risklərin daxili səhnədə öz əks-sədasını tapması kimi izah etmək olar.
İran Ali Lideri Seyid Əli Xamenei nüfuz itkisi ilə üzləşib. Belə ki, o, ultramühafizəkarlar arasında mövqelərini laxladan bir siyasət yürüdü
Bundan sonra o, öz yerinə varislik sistemi ilə təyinat aparılması istəyi ilə çıxış etməklə həm indiki mövqeyini gücləndirmək niyyətindədir,
İran daxili siyasi həyatı çox mürəkkəbdir. Xarici siyasətdəki uğursuzluqlar, üzləşilən risklər birbaşa İranın daxili siyasi arenasına təsir
Bu mənada söyləyə bilərik ki, post-Xamenei dövrünə hazırlıq güclü rəqabət və qruplar arasında düşmənçilik səviyyəsində aparılır.
Tam oxu
Xəbəri oxu