İranda casus saxlanıldı

27.12.2024

Publika.az saytına istinadən Icma.az xəbər verir.

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH, Silahlı Qüvvələrin elit bölmələri) əməkdaşları bir casus saxlayıblar.

Publika.az xəbər verir ki, bu barədə IRNA agentliyi məlumat yayıb.

“Sepahın Ərdəbil vilayətindəki kəşfiyyatçıları texniki əməliyyat zamanı casusluqla məşğul olan şəxsi saxlayıb və ədliyyə orqanlarına təhvil veriblər”, - deyə məlumatda bildirilir.

Qeyd olunur ki, casus qonşu ölkələrdən birinin kəşfiyyat xidmətlərində çalışıb.

Bundan əvvəl ABŞ SEPAH-ın seçilmiş prezident Donald Trampa sui-qəsd cəhdinin hazırlanmasında iştirak etdiyini bəyan etmişdi. İdarə İran vətəndaşı Fərhad Şakeriyə qarşı ittiham irəli sürüb. Bu adam İran hakimiyyətinin bəyənmədiyi insanları aradan qaldırmaq üçün işləyən "şəriklər şəbəkəsi"nin yaradılmasında iştirak etmiş sayılır.

Hüseyn İbadlı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью