İranda Cəmkəran məscidində “intiqam bayrağı” qaldırılıb

01.03.2026

Azvision saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

AzVision.az İran KİV-lərinə istinadla bildirir ki, bu İslam Respublikasının ali rəhbəri Ayətulla Əli Xameneinin ölümünə cavab olaraq həyata keçirilib. Sosial şəbəkələrdə bayrağın qaldırılması mərasimindən videokadrlar yayımlanıb.
Bayrağın qaldırılması o deməkdir ki, İran rəsmi olaraq intiqama hazırdır. Əvvəlki belə mərasimlər 2025-ci ilin iyun ayında İsrail ilə 12 günlük müharibə zamanı, eləcə də 2020-ci ildə ABŞ qüvvələri tərəfindən Qüds Qvardiyası generalı Qasım Süleymaninin öldürülməsindən sonra keçirilmişdi.
İranın ali rəhbəri Ayətulla Əli Xamenei şənbə günü səhər saatlarında ABŞ və İsrail raket zərbəsi nəticəsində həlak olub. Hadisədən sonra ölkə hökuməti 40 günlük matəm elan edib. Qüds Qvardiyası və İran ordusu Xameneinin ölümünə görə intiqam alacaqlarını bəyan ediblər.
Röya Əliyeva
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью