İranda çılpaq etiraz edən gənc qız dəlixanaya yerləşdirildi VİDEO | Icma.az
Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.
İranın hökumət sözçüsü Fatimə Mühacirani bildirib ki, məcburi hicaba etiraz olaraq universitet həyətində geyimini soyunan tələbə Ahu Dəryayi dəlixanaya aparılıb.Bizim.Media "Amerikanın Səsi"nə istinadən xəbər verir ki, Mühacirani qızın psixi xəstəlikdən əziyyət çəkdiyini iddia edib.Beynəlxalq Əfv Təşkilatı məsələ ilə bağlı bəyanat yayaraq, dəlixanaya salınan qızın dərhal azad edilməsini istəyib.Qeyd edək ki, Tehran Azad Universitetinin fransız dili və ədəbiyyatı ixtisası tələbəsi olan Ahu Dəryayi noyabrın 2-də məcburi hicaba etiraz olaraq paltarlarını soyunub və alt paltarı ilə universitetin həyətində gəzməyə başlayıb.
Polislər onu bölməyə, oradan isə psixiartiya xəstəxanasına aparıblar.
Bizim.Media Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu