Icma.az bildirir, Cebheinfo portalına istinadən.
Son dövrlər İranda baş verən sosial və siyasi hadisələr ölkə vətəndaşlarını qonşu ölkələrə, o cümlədən Azərbaycana yönəldib.
Bu proses nəticəsində bir çox iranlı müvəqqəti və daimi yaşama icazəsi üçün müraciət edir.
Bəs son dövrlər neçə iranlı müvəqqəti və daimi yaşama icazəsi üçün müraciət edib?
"Cebheinfo.az"-ın sorğusuna Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətindən bildirilib ki, müvəqqəti yaşama icazəsinin alınması (uzadılması) ilə bağlı 87 ölkə vətəndaşı tərəfindən 6819 müraciət daxil olub:
“Ötən ilin dekabr ayı ərzində İran İslam Respublikası da daxil olmaqla müvəqqəti yaşama icazəsinin alınması (uzadılması) ilə bağlı 87 ölkə vətəndaşı tərəfindən 6819, daimi yaşama icazəsinin alınması (uzadılması) ilə bağlı isə 17 ölkə vətəndaşı tərəfindən 460 müraciət daxil olmuşdur”.
Gülər Həsənli
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin