Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.
Ölkə.az “Fars” xəbər agentliyinə istinadən xəbər verir ki, edam olunan şəxslər yanvar ayında baş verən iğtişaşlar zamanı ictimai binalara hücumlarda iştirak etməkdə, həmçinin İsrail və ABŞ ilə əməkdaşlıqda təqsirli biliniblər.
Edam edilən şəxslər Həsən Dioband, Həmid Kazemi və Rza Zəngənədir.
İranın məhkəmə sisteminin məlumatına görə, həmin şəxslər odlu silahlardan, qumbaralardan və Molotov kokteyllərindən istifadə etməkdə, ictimai binaları yandırmaqda, eləcə də Kərəc şəhərində elektrik yarımstansiyasına zərər vurmaqda ittiham olunublar.
Bildirilib ki, elektrik yarımstansiyasına edilən hücum nəticəsində bəzi ərazilərdə elektrik enerjisinin verilişində fasilələr yaranıb.
Mürtəza