Yeniavaz saytına istinadən Icma.az xəbər verir.
Bu ilin əvvəlində kütləvi etirazlar zamanı təhlükəsizlik qüvvələrinə atəş açmaqda ittiham olunan Siyavuş Cəmşidi ilə bağlı edam hökmü icra edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə İranın məhkəmə sistemi ilə əlaqəli olan “Mizan” xəbər agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, İran hakimiyyəti mobil telefon məlumatlarının təhlilinin onun dəfələrlə etirazlarda iştirak etdiyini və odlu silahlardan istifadə etdiyini təsdiqlədiyini bildirib.
Məhkəmə onu odlu silahdan istifadə etməkdə, eləcə də, ölkənin təhlükəsizliyinə qarşı sui-qəsd törətməkdə təqsirli bilib.
İran Ali Məhkəməsi ölüm hökmünü qüvvədə saxlayıb.