Axar.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Tehranda gənc qadın məcburi hicab qaydalarına etiraz əlaməti olaraq paltarını çıxarıb.
Axar.az xəbər verir ki, bu barədə siyasi mühacirətdə olan iranlı jurnalist və qadın hüquqları müdafiəçisi Məsih Əlinejad Teleqram kanalında məlumat yayıb.
Sosial şəbəkələrdə paylaşılan videoya görə, gənc qadın Tehranın Fərhəng meydanında etiraz aksiyası keçirib.
Bir saat sonra isə repressiv qüvvələr tərəfindən naməlum istiqamətə aparılıb.
Qeyd edək ki, bundan öncə Məşhəddə bir qadın analoji aksiya keçirmişdi. Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.